Meysəri Hotel & Spa (Şamaxı) layihəsi çərçivəsində obyektin bütün Bina İdarəetmə Sistemi (BMS) işləri şirkətimiz tərəfindən icra olunmuşdur və layihə hazırda davam edir.
Bu layihədə tam inteqrasiya olunmuş BMS sistemi Regin avadanlıqları əsasında qurulmuşdur. Bütün avtomatika həlləri, sahə qruplaşdırılması, panellərin yığılması və sistemin istismara hazırlanması tərəfimizdən həyata keçirilmişdir.
Full BMS həlli – Regin BMS Controls platforması üzərindən
Sahə cihazlarının qruplaşdırılması və avtomatika panellərinin sahədə yığılması
HVAC sistemlərinin tam inteqrasiyası
Mərkəzləşdirilmiş monitorinq və idarəetmə
• Ventilyasiya və fan qurğuları
• Çiller sistemləri
• Qazanxana və istilik istehsalı avadanlıqları
• Sirkulyasiya və təzyiq nasos qrupları
• Digər HVAC alt sistemləri və sahə cihazları
Layihə çərçivəsində bütün HVAC avadanlıqları vahid Bina İdarəetmə Sisteminə inteqrasiya edilmişdir. Qurulmuş sistem vasitəsilə avadanlıqların mərkəzləşdirilmiş idarə olunması, real vaxt rejimində operativ monitorinqi və iş parametrlərinə uzaqdan müdaxilə imkanı təmin edilir.
BMS platforması enerji sərfiyyatının optimallaşdırılmasına, avadanlıqların iş qrafiklərinin effektiv tənzimlənməsinə, mümkün nasazlıqların erkən mərhələdə aşkarlanmasına və obyektin ümumi istismar səmərəliliyinin artırılmasına xidmət edir.
Layihə hazırda icra mərhələsindədir və sistem mərhələli şəkildə tam funksional istismara təhvil verilmək üzrədir.