Bayıl Bay Residence layihəsində binanın mühəndis sistemlərinin mərkəzləşdirilmiş idarə olunması məqsədilə Bina İdarəetmə Sistemi (BMS) tərəfimizdən layihələndirilmiş və tətbiq edilmişdir. Layihə üzrə bütün avtomatika həlləri müasir idarəetmə arxitekturası əsasında qurulmuşdur.
Obyekt üzrə sahə cihazlarının seçimi, qruplaşdırılması, avtomatika panellərinin yığılması və sistemin proqramlaşdırılması işləri komandamız tərəfindən icra edilmişdir. BMS infrastrukturu binanın mühəndis sistemlərinin vahid platformada birləşdirilməsini təmin edir.
▪ Ventilyasiya və hava dəyişmə sistemləri
▪ İstilik və soyutma qurğuları
▪ Nasos stansiyaları və hidrofor qrupları
▪ Texniki otaq avadanlıqları
▪ Köməkçi HVAC komponentləri
Qurulmuş BMS sistemi vasitəsilə bütün mühəndis avadanlıqlarının iş rejimi mərkəzləşdirilmiş şəkildə idarə olunur, əməliyyat parametrləri daimi nəzarətdə saxlanılır və kritik siqnallar üzrə operativ bildiriş mexanizmi təmin edilir.
Layihənin əsas məqsədi – enerji effektivliyinin artırılması, avadanlıqların istismar müddətinin uzadılması və bina sakinləri üçün stabil, komfortlu mühəndis mühitinin formalaşdırılmasıdır. Sistem mərhələli şəkildə tam istismara verilməkdədir.