Havalandırma və İqlimləndirmə Sistemləri Avtomatikası
İqlimləndirmə sistemlərinin avtomatikası, sahədə geniş təcrübə tələb edir. Biz peşəkar şəkildə AHU, Fan-coil, Chiller və digər HVAC sistemlərinin uzaqdan idarə olunmasını avtomatlaşdırırıq, effektiv iqlim nəzarəti üçün etibarlı avtomatika həlli təqdim edirik. Regin kontrollerləri və sahə avadanlıqları vasitəsilə sistemlər dəqiq və stabil şəkildə proqramlaşdırılır, ayarlanır, idarə edilir. Temperatur, rütubət və hava axını parametrləri avtomatik tənzimlənir. Sistemlər enerji sərfiyyatını minimuma endirəcək şəkildə və müştərinin tam şəkildə komfort alması üçün proqramlaşdırılır. HVAC avtomatikası mərkəzi idarəetmə və uzaqdan monitorinq imkanları ilə komfort səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Regin avadanlıqları ilə fərqli protokollarda olan yeni və mövcud HVAC sistemlərinə inteqrasiya mümkündür.

